Previous Next

ADPU Azərbaycan, Rus və İngilis bölmələri üzrə 22 ixtisasa tələbə qəbulu elan edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2022-2023-cü tədris ili üçün Azərbaycan, rus və ingilis bölmələri üzrə 22 ixtisasa bakalavriat səviyyəsində tələbə qəbulu elan edir.

💡📈🗞️Qruplar üzrə ixtisasların siyahısı ilə posterlərdə tanış ola bilərsiniz.

👨‍🎓👩‍🎓 NİYƏ PEDAQOJİ UNİVERSİTET?!

"Ənənələrə sadiq, yeniliklərə açıq universitet!" şüarı ilə ölkəmizin müəllim hazırlığı mərkəzi olan 100 illik Pedaqoji Universiteti seçməklə siz hədəflərinizi reallaşdıra, XXI əsrin səriştələrinə sahib peşəkar kimi formalaşa bilərsiniz!

✔️ 160 000-dən artıq yüksək ixtisaslı məzun və hazırda təhsil alan 18000 tələbə ailəsi
✔️ 1600 nəfərə yaxın peşəkar professor-müəllim heyəti
✔️ Bakıda 4 tədris korpusu, maddi-texniki infrastruktur
✔️ Müasir elektron Kitabxana-İnformasiya Mərkəzi
✔️ Çoxillik təcrübə əsasında formalaşdırılmış tədris və təlim ənənələri
✔️ İnnovativ təlim metod və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsinin təmin edilməsi
✔️ Hər bir müraciətə çevik və fərdi yanaşma
✔️ ABŞ-ın tanınmış Corc Vaşinqton Universiteti ilə imzalanan beynəlxalq ikili Diplom Proqramı üzrə sazişə əsasən magistratura səviyyəsində Təhsil ixtisası üzrə tam ödənişsiz ikili diplom almaq şansı
✔️ Erasmus+ proqramı ilə Danimarkanın Kopenhagen Universitet Kollecində (UCC), Mövlanə Mübadilə Proqramı ilə isə Türkiyənin tərəfdaş universitetlərində təhsil imkanları
✔️ Tədqiqat imkanlarından istifadə edərək ixtisaslar üzrə təkmilləşmək
✔️ SABAH qruplarında yüksək praktik təhsil almaq imkanı
✔️ Azərbaycan, rus və ingilis bölmələri üzrə ali pedaqoji təhsil alma imkanları
✔️ STEAM və inklüziv təhsil yanaşmaları
✔️ Ümumtəhsil məktəbləri, məktəbəqədər təhsil müəssisələri, elmi tədqiqat institutlarında pedaqoji təcrübə
✔️ İkitərəfli əməkdaşlıqlar və layihələr çərçivəsində dəvət edilmiş xarici müəllimlərin mühazirə imkanlarından faydalanmaq
✔️ Əcnəbi tələbələrə dəstək
Beynəlxalq, regional konfranslardan, həmçinin təlim və seminarlardan yararlanmaq
✔️ Tələbə təşkilatlarının işində və təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak
✔️ ADPU-nun Ağcabədi, Quba, Şamaxı, Cəlilabad və Şəki filiallarında təhsil imkanları

Qeyd edək ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq.

Əlaqə və ətraflı məlumat:
📍Bakı ş.,Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000
☎️ (+994 12) 493 00 32
📠 (+994 12) 598 37 71
🌐 www.adpu.edu.az
📧 Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
📱facebook.com/adpu.eduaz
📱instagram.com/adpu.eduaz
📱t.me/adpu_edu
📱twitter.com/adpu_edu
🎞️ Youtube.com/adputv

Hər bir abituriyentə uğurlar arzu edirik!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search