Previous Next

2022-ci ilin ən gənc abituriyenti ADPU-nu seçib!

Bu il Azərbaycanda tələbə adını qazanan ən gənc abituriyentin 15 yaşı var.
Tələbə 17 mart 2007-ci il tarixində anadan olan Əsmər Abbas qızı Məmmədovadır. Əsmər Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub.
O, 2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrininə qəbul imtahanlarında iştirak edərək 472 bal toplayıb.
4 yaşında I sinfə gedən Ə.Məmmədova əvvəlcə Gədəbəy şəhər 1 saylı orta məktəbdə oxuyub, 2022-ci ildə isə Gədəbəy şəhər 2 saylı orta məktəbi bitirib.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin