Ali təhsil müəssisələrinə 2022-ci il üçün tələbə qəbulu müsabiqəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) kifayət qədər uğurlu nəticə göstərib və plan yerləri tam dolub. Bununla yanaşı Pedaqoji Universitetə qəbul olanlar arasında kifayət qədər yüksək bal toplamış tələbələr də var. Belə ki, artıq müəllimlik ixtisaslarının keçid balı digər prestijli ixtisasları üstələyir.
Ümumilikdə, bu il ADPU-ya qəbul olunan tələbələrin 211 nəfəri 500 baldan yüksək nəticə göstərib ki, onlardan da 5 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Universitetə ən yüksək balla qəbul olunan abituriyent 651.9 bal toplayıb.
Beləliklə, 600 baldan yüksək nəticə ilə Pedaqoji Universiteti seçən tələbələrimizlə tanış olun:
Nağıyeva Sevinc Cavanşir qızı 617.1 balla ADPU-nun riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. Ağcabədi rayonu M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin məzunudur.
Eyni zamanda Sevincin bacısı Nağıyeva Aysəma ADPU-nun biologiya müəllimliyi ixtisasının III kurs tələbəsidir.
Məmmədova Ləman Mehman qızı 616.3 balla ADPU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunudur.
Abuzərova Tünzalə Rahim qızı 607,9 balla ADPU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. Ağsu rayonu Ərəbmehdibəy kənd tam orta məktəbinin məzunudur.
Hüseynova Fatimə Cavanşir qızı 601 balla ADPU-nun Riyaziyyat müəllimliyi ixtisasına qəbul olunub. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 nömrəli məktəbin məzunudur.