Previous Next

ADPU-da STEAM təlimləri yekunlaşıb!

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdindəki Təlim-tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən “STEAM fənninin tədrisi. STEAM layihələri və texnologiyaları” adlı  təlimlər yekunlaşıb. 1-10 sentyabr tarixlərində keçirilən təlimdə ümumilikdə 33 nəfər müəllim iştirak edib. Təlimləri ADPU-nun STEAM Mərkəzinin əməkdaşları – dosent Qalib Şərifov, baş müəllim Gülşən Musayeva, Aysel Fərəcova, Xumarə Qəhrəmanlı, Cavid Tapdıqlı və Lalə Mansurova aparıb. Təlimin əsas məzmununu STEAM və onun pedaqoji əsasları, layihə əsaslı öyrənmə, STEAM təhsilində qiymətləndirmə, 3D modelləşdirmə və 3D çap, Snapmaker cihazı və ondan istifadə texnologiyası, “Makecode” mühiti ilə tanışlıq. Mikrobitin quruluşu və funksiyaları, mikrobitlə sadə layihələrin hazırlanması, ümumtəhsil orta məktəblərində STEAM fənninin proqramının müzakirəsi, STEAM fənni üzrə standartların seçilməsi, STEAM layihələrinin qurulması mövzuları təşkil edib. Təlim müddətində iştirakçılara STEAM metodologiyaları, 5E və 7E modeli əsasında dərslərin qurulması, layihənin təşkili və planlaşdırılması, 3D modelləşdirmə, 3D çapın tətbiq sahələri, təhsildə Snapmakerin rolu, CNC qurğunun quruluşu və iş prinsipi, mikrobitin quruluşu və funksiyaları, VI, VII,VIII siniflərdə STEAM fənninin tədrisi haqqında geniş təqdimatlar nümayiş etdirilib. Təlim iştirakçıları Tinkercad proqramında modellərin dizayn edilməsi, hazırlanmış modellərin 3D printerdə çapı, Snapmaker cihazı ilə taxta üzərində lazer şüaları vasitəsilə yazı yazmaq, mikrobitlə layihələr hazırlamaq istiqamətlərində nəzəri və praktik bacarıqlar əldə ediblər. Təlimin yekununda iştirakçılara STEAM layihələrinin qurulması izah edilib və hər bir iştirakçıya bir layihə hazırlamaq tapşırığı verilib.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin