Previous Next

İncəsənət və fiziki tərbiyə fakültəsində I tədris ilinin tələbələrilə görüş keçirilib!

15 Sentyabr 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsində 2022-2023-cü tədris ilinin başlanması ilə əlaqədar olaraq tələbələrlə görüş keçirilmişdir. Görüş Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu və Dövlət himnimizin səsləndirilməsilə başlanmışdır.
Görüşdə rektorun müşaviri Ümid Mehdiyev, fakültə dekanı dos.Laçın Həsənova, dekan müavini Anar Fərmayılov, kafedra müdirləri Zemfira Abdullayeva və Yeganə Cəlilova yeni tədris ili münasibətilə tələbələri təbrik etmiş, onlara dərslərində müvəffəqiyyətlər arzulamışdırlar. Daha sonra fakültə dekanı Laçın Həsənova fakültəyə yeni qəbul olunmuş tələbələrə Baloniya kredit sisteminin əsas prinsipləri haqqında geniş məlumat verərək, tələbələri maraqlandıran sualları cavablandırmışdır.
ADPU ailəsi olaraq universitetimizdə təhsil alan və yeni qəbul olunmuş tələbələrimizə yeni tədris ilində zehin açıqlığı və uğurlar arzulayırıq!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search