Previous Next

ADPU Fransada keçirilən Erasmus+ təlim proqramında iştirak edir!

Oktyabrın 3-də Fransa Respublikasının paytaxtı Parisdə Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsini əhatə edən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı təlim proqramına start verilmişdir. Təlim proqramında Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri, Azərbaycan universitetlərinin rektor və prorektorları, o cümlədən digər səlahiyyətli universitet nümayəndələri iştirak edirlər. Təşkilatın beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen Universitetinin keçmiş prezidenti Jean-Luc Nahel qonaqları salamlayaraq onları Fransada görməkdən məmnun olduğunu qeyd edib. Təşkilatın Təhsil Əməkdaşlığı Departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsində əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının əhəmiyyətini vurğlayıb. Tədbirə onlayn formatda qatılan Rennes Universitetinin prezidenti David Alis “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxıb edib. Proqramın yekununda iştirakçılar arasında müzakirə və fikir mübadilələri aparılıb. Qeyd edək ki, təlim proqramında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Könül Həsənova da iştirak edirlər.
Təlim proqramı oktyabrın 7-nə qədər davam edəcək.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search