Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı təhsil müşaviri cənab Ali Rza Altunel Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov ilə görüşüb.
Görüşdə ADPU-nun Tədris Departamentinin direktoru Sənan Əliyev, Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Aynurə Əsgərova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Gülnar Ələkbərova və Rəna Həsənova iştirak ediblər.
“Bir millət, iki dövlət” prinsipi əsasında qurulan münasibətlərin yüksək səviyyədə olduğunu bildirən rektor Cəfər Cəfərov görüşün keçirilməsindən məmnun qaldığını ifadə edib və yüksək səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin bütün Türk dünyası üçün layiqli nümunə olduğunu qeyd edib.
Prof. C.Cəfərov, həmçinin, ADPU-da həyata keçirilən islahatlar, infrastrukturun yenilənməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və beynəlmiləlləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici dillərin tədris səviyyəsinin yüksəldilməsi sahəsində gerçəkləşən tədbirlər barədə ətraflı məlumat verib.
Yekunda cənab Ali Rza Altunel ADPU-nun “Türk Araşdırmaları” Elmi Tədqiqat Mərkəzini ziyarət edərək universitetlə tanış olub.