Previous Next

ADPU-da polkovnik Şair Ramaldanovla görüş keçirilib!

Oktyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ehtiyatda olan polkovnik, tanınmış hərbi ekspert Şair Ramaldanovla “Hibrid müharibə” mövzusunda tələbələrin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev hərbi ekspert, peşəkar mütəxəssis kimi Şair Ramaldanovun Azərbaycan Silahlı Qüvvələrindəki misilsiz xidmətlərindən, həyatı və fəaliyyətindən bəhs etmiş, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov isə səriştəli zabit kimi Ş.Ramaldanovun I Qarabağ müharibəsində strateji əhəmiyyətli bir sıra hərbi əməliyyatlara rəhbərlik etməsini vurğulayaraq, gənclərimizin məhz bu cür şəxsiyyətlərin təcrübələrindən bəhrələnmək üçün can atmalarını olduqca təqdirəlayiq hal kimi qiymətləndirib.
Ömrünü müasir Azərbaycan hərb işi və elminə həsr edən polkovnik Şair Ramaldanov I Qarabağ və Vətən müharibələri haqqında danışaraq, artıq 44 günlük savaşda əvvəlki müharibədən fərqli olaraq Azərbaycan Ordusunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəliyi ilə və müdrik xarici siyasət kursu ilə öz doğma torpaqlarını düşmən işğalından azad etdiyini diqqətə çatdırıb. Hərbi qələbənin siyasi, iqtisadi, informasiya dayaqlarının yüksək səviyyədə olması, xalq-dövlət-ordu birliyinin mükəmməl modelinin Azərbaycanı tarixi zəfərə apardığını qeyd edən polkovnik tələbə-gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksək səviyyədə olduğunu, Azərbaycan gəncləri ilə qürur duyduğunu deyib.
Daha sonra ekspert tələbələrin siyasi, iqtisadi, informasiya savaşında Azərbaycanın nümunəsinə dair çoxsaylı suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.
Sonda ADPU TGT-nin sədri Təhmasib İmaməliyev polkovnik Şair Ramaldanova Pedaqoji Universitet gənclərinin dəvətini qəbul edərək zəngin təcrübəsini bölüşdüyü üçün təşəkkürünü bildirmiş, Universitet adından ADPU-nun 100 illik nəşrləri silsiləsindən olan “Pedaqoji Univetsitetin Qəhrəmanları” kitabını təqdim edib. Öz növbəsində Ş.Ramaldanov hərb elminə dair əsərlərini tələbələrə hədiyyə edib.

 

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin