Previous Next

Pedaqoji Universitetdə Müstəqilliyin Bərpası Günü qeyd olundu: “Can Azərbaycan”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş “Can Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə universitet və fakültə rəhbərliyi, habelə fakültənin professor-müəllim və tələbə heyəti, ADPU-da təhsil alan əcnəbi tələbələr iştirak etmişdir.
ADPU-nun rektoru professor Cəfər Cəfərov açılış nitqi ilə çıxış edərək Müstəqilliyinin Bərpası Gününün böyük tarixi əhəmiyyətinə toxunaraq, 1918-ci ildə öz dövlət müstəqilliyini elan edən müasir Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də imzalanan konstitusiya akt ilə özünün müstəqilliyini yenidən bərpa etdiyini vurğulayıb.
Bədii hissə ilə davam edən tədbirdə fakültədə fəaliyyət göstərən Meh ədəbi dərnəyinin üzvlərindən Cəmilə Məmmədova, Zəhra İskəndərli və İlqar Cabbarov vətənpərvərlik mövzusunda şeirlər, o cümlədən, tanınmış şairə Mahirə Nağıqızının, “Salam olsun”, “Vətən, ay, Vətən”, “Sərhəd qapısı “ kimi şeirlərini ifa ediblər.
Daha sonra isə ADPU-da təhsil alan Türkiyə və Pakistandan olan əcnəbi tələbələr Aəzrbaycanın Müstəqilliyin Bərpası Gününə həsr elədikləri Azərbaycan dilində bədii kompozisiya ilə çıxış edib, “Qarabağ Azərbaycandır!” nidasını səsləndiriblər.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova tədbir iştirakçılarına minnətdarlığını bildirərək, xüsusən əcnəbi tələbələrin qısa müddətdə Azərbaycan dili və mədəniyyətini yaxından mənimsəmələrini olduqca yüksək qiymətləndirib.
Sonda əcnəbi tələbələrə Azərbaycan dili üzrə hazırlıq dərsləri keçən fakültənin müəllimi Aynurə Əliyevaya universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin