Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Virtual Qarabağ” İKT Mərkəzinin layihəsi əsasında “Şanlı zəfərimiz - Müharibə iştirakçılarının gözü ilə” adlı tədbir keçirilib.
Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Aidə Ramiz vurğuladı ki, layihənin əsas məqsədi Vətən müharibəsində qazandığımız tarixi zəfərimizin böyük qələbənin qurucuları olan canlı şahidlərin, qazilərimizn dilindən gənclərimizə təbliğ olunması, canlı əfsanələrlə tələbələrin görüşünün və ünsiyyətinin təmin edilməsidir.
Daha sonra Vətən müharibəsi qaziləri Ülvi Qədir, Hasil Hümbətov və Ramin Məmmədov 44 günlük savaşla bağlı öz xatirələrini bölüşərək, Azərbaycan əsgərinin keçdiyi müzəffər döyüş yolu haqqında söz açdılar.
Tələbələrin böyük marağını cəlb edən görüşdə qazilər gənclərin suallarını cavablandırdı, Azərbaycan gəncinin Vətən üçün daim hər şeyə hazır olduğu xüsusilə diqqətə çatdırılıdı.