Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyevanın dəvəti ilə “SABAH magistratura” ixtisaslaşmasında təhsil alan tələbələrin Təhsildə liderlik dərsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov qonaq spiker qismində iştirak edib.
"Ümumi təhsilin idarə edilməsi: problemlər, vəzifələr və perspektivlər" mövzusunda geniş təqdimat edən spiker daha sonra tələbələri maraqlandıran suallara cavab verib.