Previous Next

ADPU-nun Şəki filialında Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib!

Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən tədbirdə filialın müəllim və tələbələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva açaraq, bu günün Azərbaycanın şanlı tarixində yeri və əhəmiyyəti haqqında danışıb. Natiq bildirib ki, ötən il müstəqilliyimizin bərpasının 30 illiyini böyük qürurla, ərazi bütövlüyü təmin olunan və Vətən müharibəsində qalib gələn xalqın nümayəndələri olaraq qeyd etmişik.
Sonra Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçmiş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir TGT fəallarının çıxışları ilə davam edib. Tələbələrdən Hülya Qədirli, Diləfruz Əhmədzadə, Xədicə Şərifli, Kamran Hümbətov, Nüranə Əlizadə, Sevinc Əliyeva və Alvina Qarayevanın çıxışları maraqla dinlənilib.
Tədbirdə həmçinin, Müstəqilliyin Bərpası Günü münasibətilə tələbələr arasında keçirilmiş bədii qiraət müsabiqəsinin qalibləri elan olunub və onların ifasında şeirlər səsləndirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search