Previous Next

Mirzə Ələkbər Sabirin Ev Muzeyinə ekskursiya!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə dahi şair Mirzə Ələkbər Sabirin Şamaxı şəhərində yerləşən Ev Muzeyinə ekskursiya təşkil olundu.
Ekskursiya zamanı həm kafedranın müəllimləri, həm də muzey əməkdaşları tərəfindən tələbələrə muzey haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, muzey 1962-ci ildə, şairin doğumunun 100 illiyi münasibətilə yaradılmışdır.
M.Ə.Sabirin uşaqlıq, təhsil illəri, səyahətlərinə aid eksponatlar və şairin sabun bişirdiyi qazanın maketi burada nümayiş olunur. Həmçinin XIX – XX əsrlərə aid məişət əşyaları, muzeyə verilən hədiyyələr, M.Ə.Sabirin müasirlərinin şəkilləri, tədqiqatçılarının əsərləri, Molla Nəsrəddin jurnalının nümunələri də muzeydə sərgilənir.
Daha sonra şairin Şamaxıda “Yeddi Günbəz” qəbirstanlığında yerləşən məzarı ziyarət olundu.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin