Previous Next

“44 Günlük Dastan” layihəsi çərçivəsində ADPU-da qazilərlə görüş keçirilib!

Oktyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və ADPU Tələbə Gənclər Təşkilatının (ADPU TGT) tərəfdaşlığı ilə Azərbaycan Respublikası Gənclər Fondu (AzGF), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), və Böyük Qayıdış Gənclər Təşkilatının (BQ GT) təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr edilmiş “44 Günlük Dastan” layihəsi çərçivəsində Pedaqoji Universitetdə qazilərin tələbələrlə görüşü keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev açılış nitqi ilə çıxış edərək qeyd edib ki, universitetdə Vətən müharibəsi qəhrəmanları ilə mütəmadi görüşlərin keçirilməsinə xüsusi diqqət ayırılır. Prorektor qeyd edib ki, şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər, qazilərlə görüşlərin keçirilməsi gələcəyin müəllimlərinin yetişdirilməsində müstəsna əhəmiyyət daşıyır.
ATGTİ-nin sədri Pərviz Mirələmli və "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov da çıxış edərək layihənin məqsədinin Vətən müharibəsi qəhrəmanlarını tələbələrimizə tanıtmaq, zəfər tariximizi daha yaxından öyrənməyə dəstək vermək olduğunu bildiriblər. Qeyd olunub ki, azı 15 ali təhsil müəssisəsində bu tip görüşün keçirilməsi nəzərdə tutulur.
Tarixi zəfərin kadrlarını özündə əks etdirən videoçarxın nümayişindən sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri Əhliyət Mehdiyev, Coşqun Şəfiyev, Tural Abdullayev, Vətən Süleymanov, həmçinin ADPU-nun qazi tələbələri Cavid Abdinov və Yusif İsaqzadə ilə panel görüş keçirilib. Öz döyüş yollarından danışan və 44 günlük savaşla bağlı təəssüratlarını bölüşəndən sonra sual-cavab sessiyası keçirilib. Təxminən 400 nəfərin iştirak etdiyi görüşdə qazilər tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin