Oktyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT), 1 nömrəli Bakı Baza Tibb Kolleci Tələbə Gənclər Təşkilatı (1 №-li BBTK TGT) və 29 saylı şəhər poliklinikasının birgə təşkilatçılığı ilə tələbələr üçün ilkin tibbi yardımla bağlı görüş keçirilib.
Görüşdə 29 saylı şəhər poliklinikasının əməkdaşı Aynurə Süleymanlı və 1 №-li BBTK-nın müəllimi Səbuhi Məmmədov ilkin tibbi yardım zamanı diqqət edilməli məqamlar, dəm qazı zəhərlənməsi, qida boğulması və s. kimi hallarda ilkin olaraq icra olunmalı tədbirlər haqqında ətraflı məlumat veriblər.