Previous Next

Pedaqoji Universitetdə “Vətən tarixi” adlı bilik yarışması keçirilib!

Oktyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ADPU-nun baza məktəbi olan M. Rahim adına 7 nömrəli tam orta məktəbinəməkdaşlığı və ADPU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ali təhsil ocağında məktəblilər arasında Zəfər Gününə həsr olunmuş “Vətən tarixi” adlı bilik yarışması keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Vətən müharibəsinin ölkəmiz, xalqımız üçün tarixi əhəmiyyətindən bəhs edərək, gənclərimizi bu cür vətənpərvər layihələrdə görməkdən fəxarət hissi duyduğunu bildirmiş, Pedaqoji Universitet və 7 nömrəli məktəb arasında əməkdaşlığın mütəmadi xarakter daşıyacağını qeyd etmişdir.
Daha sonra çıxış edən 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova əməkdaşlığın gələcək gənclərimiz üçün nə qədər taleyüklü missiya daşıdığını diqqətə çatdırmışdır.
Məktəb şagirdlərinin iştirakı ilə baş tutan yarışda vətənpərvər ruhda müxtəlif intellektual suallar səsləndirilmiş, sonda ilk üç yeri tutan şagirdlər İsmayıl İbrahimli, Hüseyn Tağıyev və Mahmud Məlikzadə diplomla təltif olunmuşdur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search