Previous Next

“Türk dünyası” toplusunun təqdimatı keçirilib!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, tərcüməçi, tarixçi-filosof alim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyevin 5 cildlik “Türk dünyası” toplusunun təqdimatı və müəlliflə görüş keçirilib. Görüşdə millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, Şəki Şəhər İcra hakimiyyəti başçısının müavini, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova, “Şəki” qəzetnin baş redaktoru Akif Salam, filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə filialın direktoru, r.e.d., dosent Rafiq Rasulov açaraq qonaqları salamlayıb və C.Feyziyevin “Türk dünyası” adlı toplusunun türk cəmiyyətinin bütün gerçəkliyini, türk dünyasının ayrılıq və birləşmə proseslərini, türkün tarixini və müasir dünyada mövqeyini əks etdirən qiymətli bir mənbə olduğunu vurğulayıb. Sonra filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov Cavanşir Feyziyevin həyat və fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib. Natiq məruzəsində müəllifin ictimai xadim kimi, Azərbaycanın ictimai-siyasi həyatında oynadığı roldan, elmi fəaliyyətindən ətraflı bəhs edib və diqqətə çatdırıb ki, türk dünyasının gerçəkliyini bütün detalları ilə göstərə bilən universal bir əsər kimi “Türk dünyası” toplusu hazırda bu istiqamətdə ən qiymətli mənbə hesab oluna bilər.
Tədbirdə filialının tədris işləri üzrə direktor müavini, fil.ü.f.d., dos. Gülarə Abdullayeva toplunun I cildi – “Türk sivilizasiyasının təməl dəyərləri”, filialın Humanitar fənlər kafedrasının baş müəllimi Həbibulla Manaflı toplunun II cildi - “Türk xalqları” kitabı, t.ü.f.d. Zərinə Cavadova toplunun III cildi - “Türk dövlətçiliyi tarixi” kitabı, filialın Humanitar fənlər kafedrasının müdiri, t.ü.f.d. Vüsal Baxışov toplunun IV cildi - “Türkşünaslıq” kitabı, filialın Humanitar fənlər kafedrasının baş müəllimi, şair Vaqif Aslan isə toplunun V cildi - “Türk dünyasının tarixi şəxsiyyətləri” kitabı haqqında məruzə ilə çıxış ediblər.
Sonra müəllifə söz verilib. C. Feyziyev çıxış edərək təşkil olunan tədbir üçün filialın rəhbərliyinə dərin təşəkkürünü bildirib və “Türk dünyası” adlı toplunun hazırlamasının əsas səbəblərindən danışıb, əsərin dövrümüz üçün son dərəcə vacib olduğunu vurğulayıb.
Tədbirdə filialın tələbələri millət vəkilinin elmi yaradıcılığı ilə yanaşı gənclərin təhsil haqqını ödəməkdə göstərdiyi maliyyə dəstəyinə görə də təşəkkürlərini bildiriblər.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin