Previous Next

Britaniya Şurasının nümayəndələri ADPU-nun qonağı olub!

Oktyabrın 27-də Britaniya Şurasının (BŞ) Azərbaycan Respublikası üzrə direktoru Nərgiz Hacıyeva və Şuranın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət ediblər.
Görüşdə ADPU-nu rektor professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və şöbənin mütəxəssisi Rufanə Əhmədova təmsil ediblər.
Görüş zamanı rektor ADPU-nun tarixi, strukturu, təhsil proqramları barədə məlumat verib və gələcəkdə Britaniya universitetləri ilə də əlaqələrin yaradılmasının universitetin beynəlxalq əlaqələri baxımından əhəmiyyətli olduğunu da qeyd edib. BŞ-nin Azərbaycan direktoru N.Hacıyeva da öz növbəsində Şuranın Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi tədbirlər, proqramlar haqqında universitet rəhbərliyini məlumatlandırıb.
Eyni zamanda, Britaniya Şurası tərəfindən həm müəllimlərin, həm də tələbələrin ingilis dili biliyinin qiymətləndirilməsi üçün müxtəlif proqramların mövcudluğu qeyd olunub və bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda qonaqlara hədiyələr təqdim olunub.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin