Previous Next

Nurlan İsmayılbəyli ADPU “SABAH magistratura” tələbələri ilə görüşüb!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyevanın dəvəti ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəylinin ADPU “SABAH magistratura” proqramı çərçivəsində “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşmasında təhsil alan tələbələrlə görüşü təşkil olunub.
"Müəllim hazırlığı və işə qəbulu siyasəti: yerli və xarici təcrübənin müqayisəsi" mövzusunda olan görüşün əvvəlində tələbələr Sinqapur, Finlandiya, Yaponiya, Qazaxıstan, Türkiyə və s. ölkələrdə müəllimlərin işə qəbul siyasəti barədə çıxış ediblər. Daha sonra qonaq spiker tələbələri ARTİ-nin İnsan resursları mərkəzinin fəaliyyət istiqamətləri, ilk dəfə məhz bu mərkəzdə həyata keçirilən qarşılıqlı yerdəyişmə müsabiqəsi, sertifikatlaşdırma prosesi, rəqəmsal bacarıqlar layihəsi, məktəbəqədər müəssisələrdə işə qəbul və s kimi məsələrlərin statistikası və onların təhlilini tələbələrin diqqətinə çatdırıb.
Görüşün sonunda qonaq spiker tələbələri maraqlandıran sualları cavablandırıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search