Previous Next

ADPU-da "Şəhidliyin Muxtar zirvəsi" adlı tədbir keçirilib!

Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi baş leytenant Muxtar Qasımlının xatirəsinə həsr olunmuş "Şəhidliyin Muxtar zirvəsi" adlı tədbir keçirilib. Tədbirdə Kimya və biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva, dekan müavini dosent Elnarə Muradova, Muxtar Qasımlının valideynləri Almaz Qasımova və Əli Qasımov, fakültənin müəllim və tələbə heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı dos. E.Mehbalıyeva şəhidlərimizin əbədi xatirəsindən danışmışdır.
Çıxış edən şəhid Muxtar Qasımlının valideynləri göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirmiş, şəhidlərin xatirələrinin yaşadılmasının onları daim yaşatdığını vurğulamışlar.
Tələbələrin hazırladıqları kompazisiyalar, səhnəciklər və şeirlər ifa olunmuş, şəhidimizin əbədi xatirəsini özündə əks etdirən videoçarxlar nümayiş olunmuşdur.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin