Previous Next

Pedaqoji Universitetdə qazi və jurnalistlərlə görüş: 44 Günün izi ilə!

Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə “44 Günün izi ilə” adlı görüş keçirilib.
Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Şöbə müdiri Turan Kərimli çıxış edərək qonaqları və tədbir iştirakçılarını saalamlayıb və görüşün məqsədinin şanlı zəfər tarixinin müxtəlif aspektləri haqqında prosesin iştirakçısı olan hərbçilərimiz və jurnalistlərimizin dilindən dinləmək olduğunu diqqətə çatdırıb.
Birinci Qarabağ və Vətən müharibələrini özündə əks etdirən videoçarxların nümayiş olunması ilə ötən 30 il ərzində Azərbaycanın dağınıqlıq vəziyyətindən qüdrətli dövlətə çevirildiyi və nəhayət, torpaqlarımızı işğaldan azad etdiyimiz vuğulanıb.
Görüşdə Vətən müharibəsi qaziləri, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyyatda olan zabitləri kapitan Şamxal Ağayev, baş leytenant Elsevər Ağayev və 44 günlük savaşda cəbhədə fəaliyyət göstərən tanınmış jurnalistlərdən İctimai Televiziyanın (İTV) əməkdaşı Xanlar Mehdiyev tələbələrin sualları əsasında 44 günlük müharibə haqqında təəssüratlarını bölüşüb, xüsusi təyinatlılar Şuşaya qədər uzanan döyüş yollarından danışaraq Azərbaycan xalqının ordunun arxasında olmasının, hər kəsin dəmir yumruq kimi birləşməsinin qələbəmizi şərtləndirən vacib amil olduğunu qeyd ediblər

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search