Previous Next

ADPU-da “EduSimbioz- Təhsil üçün öyrən və öyrət" layihəsinin təqdimatı keçirilib!

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “EduSimbioz- Təhsil üçün öyrən və öyrət" layihəsi ilə bağlı tələbələrlə görüş keçirilib.
Görüşün əvvəlində ADPU-nun Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva layihənin məqsədi, məktəblərin reytinq meyarları, şagird nəticələrinin ölkə üzrə paylanması, milli və beynəlxalq qiymətləndirmə nəticələrinə əsasən Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisindəki problemlər barədə təqdimat edib.
Daha sonra ADPU-nun Strateji İnkişaf Mərkəzinin əməkdaşları Vəfa Nəzirova və Leyla Cabbarzadə təqdimatla çıxış edərək, tələbələrə layihə haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, layihə ötən il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan 82 saylı orta məktəb tərəfindən hazırlanmışdır.
Layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 10 ümumtəhsil məktəbində 9-cu sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır.
Layihə çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi ilə əməkdaşlıq qurulacaq.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin