Previous Next

ADPU-da “Zəfərin Səsi” adlı tədbir keçirilib!

Noyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş “Zəfərin Səsi” adlı tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr, o cümlədən, Vətən müharibəsi şəhidi şəhid Həsənağa Şirvaninin anası Şəfəq Rəfiyeva, qazi Məbud Əhmədov, şəhid Rüfət Əlifovun qardaşı Orxan Əlifov və şəhid Zaur Dadaşovun qardaşı Ziya Dadaşov iştirak ediblər.
Əvvəlcə qonaqlar foyedə riyaziyyat müəllimliyi ixtisasının III tədris ilinin tələbələri Sara Məmmədova və Aydan Ağalarzadənin rəsmlərindən ibarət vətənpərlik mövzusunda rəsm sərgisi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov 8 Noyabr – Zəfər Gününün müasir tariximizə qızıl hərflərlə yazılmış ən önəmli tarixlərdən biri olduğunu diqqətə çatdırıb.
Rektor qeyd edib ki, məhz iki il bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında və xalqın dəstəyi ilə müzəffər Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı azad edərək şəhid qanları bahasına ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
İşğaldan azad olunmuş rayonlar haqqında videoçarx izlənildikdən sonra universitet tələbələri və ADPU-nun baza məktəbi olan M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında bədii hissə təqdim olunub.
Bədii hissədə Riyaziyyat fakültəsinin III tədris ili tələbəsi Dilarə Abdullayeva Xudayar təsnifini ifa edib.
Tədbir qazi Məbud Əhmədovun ifası ilə davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search