Previous Next

ADPU-da “Vətən mənim səsimdir” adlı tədbir keçirilib!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının təşəbbüsü ilə Zəfər Gününə həsr olunmuş “Vətən mənim səsimdir” adlı tədbir keçirilib. Tədbir tələbələr və şagirdlər arasında körpü yaratmaq məqsədilə Tarix Coğrafiya fakültəsinin Ümumi Tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, t.ü.f.d. Sevil Bəhrəmovanın təşəbbüsü ilə Səbail rayonu 163 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində təşkil edilib.
Əvvəlcə, şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Qonaqları salamlayan fakültə dekanı dosent Asif Axundov Zəfər Gününün tarixi əhəmiyyətini şərh edərək, 44 günlük şərəfli yol haqqında söz açmışdır.
Tədbirin təşkilatçısı t.ü.f.d. S.Bəhrəmova tədbirin məqsədini vurğulamaqla məktəb-universitet əməkdaşlığının əhəmiyyətini qeyd etmişdir.
Fakültənin tələbələri I və II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımız haqqında məlumat verməklə öz video materiallarını təqdim etdilər, öz şeirlərini səsləndirərək hər kəsin Zəfər Gününü təbrik etdilər.
163 nömrəli tam məktəbin bir qrup şagirdi Zəfər Gününə həsr etdikləri rollu oyunu, musiqi nömrələrini təqdim etdilər. Həmin məktəbin tarix müəllimi, eləcə də “Zəfər tarixi” dərsliyinin həmmüəllifi Ramil Tanrıverdi dərslik haqqında məlumat verdi.
Məktəbin şəhid olmuş şagirdi Cəmil Məmmədlinin anası Aygün xanım öz çıxışı ilə hər kəsi kövrəltsə də, qürur dolu sözlərlə nitqini yekunlaşdırdı.
Tədbirə dəvət olunmuş qonaqlar sırasında da II Qarabağ müharibəsi qaziləri öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
163 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova universitetin məktəblə olan əməkdaşlığının davamlı olmasını təmin edən S.Bəhrəmovaya, eləcə də Ümumi tarix və TTT kafedrsının müdiri t.e.d. Sevinc Əliyevaya minnətdarlığını bildirdi.
Sonda fakültənin şair tələbəsi Nail Sadiqin “Qarabağa Gedirəm” şeiri səsləndirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search