Previous Next

ADPU-nun Quba filialında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Zəfər Gününə həsr edilən "Milli dövlətçilik tariximizə əbədi həkk olunmuş Zəfər Günü - 8 Noyabr" adlı tədbir keçirilib.
Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba RİH Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, N saylı hərbi hissənin zabit və əsgərləri, Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AQƏVŞA İB) Qusar rayon filialının sədri Canəli Hörmətov, Azercell Telekomun Quba bölməsinin rəhbəri Tehran Əmiraslanov, Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, heblə filialın kollektivi iştirak edib.
Tədbirin rəsmi hissəsində çıxış edən filialın direktoru dos. Y.Alıyev qeyd edib ki, bu gün tarixi bir gündür. Amma təqvimdə qırmızı rəngdə olan tarixi gün deyil bu, ürəyimizə, xalqımızın, məmləkətimizin həyatına qırmızı qanla yazılan qələbə günüdür.
Direktor, - "Azərbaycan vətəndaşları dünyanın ən xoşbəxt insanlarıdır ki, bu tarixi günü - Zəfər Gününü yaşayırlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbəyə imza atdıq, dünya Azərbaycan xalqının və dövlətinin gücünə bələd oldu. Bu qələbə xalqımızın qəhrəman oğullarının sayəsində əldə edildi. Allahdan Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı, şəfalar arzu edirik." - deyə vurğulayıb.
YAP Quba rayon təşkilatının sədri F.Hüseynova, Quba RİH Başçısının müavini S.Abasova, N saylı hərbi hissənin zabiti mayor Rüfət Quliyev, AQƏVŞA İB Qusar rayon filialının sədri C.Hörmətov və başqaları çıxış edərək 44 günlük savaşın əhəmiyyətindən bəhs etdilər.
Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində və 44 günlük müharibədə göstərdikləri qəhrəmanlığa görə bir qrup II Qarabağ müharibəsi iştirakçısı və qazilər filialın direktoru tərəfindən təltif edildi.
Bədii hissə filialın Tələbə Gənclər Təşkilatının (TGT) fəallarının hazırladığı təbrik nömrələri ilə yadda qaldı.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin