Previous Next

ADPU-nun fakültələrində Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur!

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 8 Noyabr – Zəfər Günü münasibəti ilə silsilə tədbirlər keçirilir. Universitetin fakültələrində, bölgələrdəki filiallarında, tərkibindəki Pedaqoji Kollecdə və baza məktəbində keçirilən Zəfər Günü ilə bağlı müxtəlif tədbirlərdən növbətisi Kimya və biologiya fakültəsinin təşkil etdiyi “Zəfər Günü” adlı intellektual yarış oldu. Yarışıda fakültənin dekanı dos. Elnarə Mehbalıyeva, dekan müavini dos. Elnarə Muradova, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) sədri dos. Vurğun Məmmədov, müəllim və tələbə heyəti iştirak etdilər.
Şanlı zəfər tariximizdən, qazilərimizdən,Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizdən bəhs edən yarışda 18 komanda mübarizə apardı və yekunda “Fateh” komandası I yerə, “Aypara” komandası II yerə, “Vətən” komandası isə III yerə layiq görüldü. Qaliblər fakültə rəhbərliyi tərəfindən diplom və medallarla mükafatlandırdı.
İncəsənət və fiziki tərbiyə fakültəsində də “Zəfər Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbir Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir ğdəqiqəlik sükutla yad edilmısi ilə başlamışdır. Fakültə dekanı dos. Laçın Həsənova Zəfər Günü ilə əlaqədar çıxış edərək xalqımızın keçdiyi şanlı tarixə nəzər salıb. Fakültənin tələbələri vətənpərvərlik mövzusunda səhnəciklər və musiqi nömrələri ilə çıxış etmişlər. Tədbirdə, həmçinin, tələbələrin Zəfər Günü ilə bağlı qəhrəmanlıq mövzusunda olan rəsm əsərləri nümayiş etdirilmişdir.
Fizika fakültəsində Zəfər Gününə həsr olunmuş “Qayıdış” adlı tədbir keçirilib. Tədbirdə fakültənin dekanı dos. Arzu Daşdəmirov, Riyaziyyat fakültəsinin dekanı dos. Araz Fərəcov, dekan müavinləri, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Tədbirə qonaq qismində dəvət olunan polkovnik-leytenant Məhərrəm Əliyev və polkovnik Mirqiyas Rüstəmov Zəfər Gününün xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətindən danışdılar. Fakültənin ekan müavini dos. Xankişi Məmmədov Zəfər Gününə həsr etdiyi “Zəfərin mübarək, cənab Komandan!” şeirini söylədi. Tədbirin gedişatında fakültənin tələbələrinin hazırladıqları kiçik tamaşa nümayiş olundu.
Məktəbəqədər təhsil fakültəsində də 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirildi. Tədbirdə fakültə dekanı dos. Nailə Hüseynova, kafedra müdirləri prof. Ramiz Əliyev, prof. Müseyib İlyasovla yanaşı ixtisas kafedraları üzrə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədrləri Yaqut Ağasıyeva, Afət İsrafilova, Könül Şıxalıyeva, habelə fakültənin professor-müəllim, tələbə heyəti iştirak edirdi.
Çıxış edən dos. N. Hüseynova Azərbaycanın 44 gün ərzində dünyaya səs salaraq, gücünü göstərməsi, 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə çatdırması və zəfər tarixinin yazılması haqqında danışdı. Daha sonra 44 günlük müharibənin qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Prof. R.Əliyev və prof. M.İlyasov çıxış edərək şanlı zəfərimizin memarı olan Prezident İlham Əliyevin müdrik siyasətinin xalqımızı qələbəyə apardığını vurğuladılar.
Tələbələr də bu şanlı tarixlə bağlı duyğu və düşüncələrini bölüşərək, artıq doğma Qarabağımıza yeni həyatın gəlməsini qeyd edib, gənc mütəxəssislər kimi azad olunmuş ərazilərdə çalışmaq arzularını dilə gətirdilər.
Sonda tələbələr tərəfindən hazırlanmış videoçarx təqdim olundu.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search