Previous Next

ADPU ilə Türkiyənin TED Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində qardaş ölkənin TED Universiteti ziyarət olunub və ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə ADPU-nu Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, rektor professor Cəfər Cəfərov, prorektorlar dosent Eldar Aslanov, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova təmsil ediblər.
TED Universitetinin rektoru professor İhsan Sabuncuoğlu və universitetin Təhsil fakültəsinin dekanı professor Yüksel Kavakla cari ilin iyun ayında ADPU-da ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlığa dair anlaşma memorandumundan irəli gələn məsələlər və hər iki qurumun müvafiq strukturları arasında əməkdaşlıq mexanizmləri müzakirə olunub.
Ziyarət çərçivəsində, həmçinin, TED Universitetinin Təhsil fakültəsinin əməkdaşları ilə fikir mübadiləsi aparan ADPU heyəti fakültədə yaradılan şərait və təlim mühiti ilə yaxından tanış olublar.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin