Previous Next

ADPU-da Hüseyn Cavidin 140 illik yubileyi qeyd olunub

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavid-140” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl H.Cavidin əsərlərindən ibarət sərgi təqdim olunub.
Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov açılış nitqi ilə çıxış edərək Hüseyn Cavidin XX əsr Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi olduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, onun yaradıcılığında milli və bəşəri idealların yüksək təcəssümü hələ bir əsr bundan əvvəl dünyaya verilmiş mesajdır. Tədbirdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi dosent Lütviyyə Əsgərzadə “Hüseyn Cavid: mühiti və müasirləri”, ADPU-nun Ədəbiyyat kafedrasının dosenti Məlahət Babayeva isə “Hüseyn Cavid irsi və müasir dövr” mövzularında məruzələrlə çıxış edib, həmçinin, Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədov və Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri dosent Nazilə Abdullazadə də böyük dramaturqun yaradıcılığı haqqında təəssüratlarını bölüşüblər.
Hüseyn Cavidin qızı Turan Cavidin xaritələrindən ibarət videoçarxın nümyişindən sonra fakültədə fəaliyyət göstərən Meh ədəbi dərnəyinin üzvlərinin təqdimatında ölməz sənətkarın yaradıcılığından əbədiyaşar incilər təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search