Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsində növbəti elmi seminarı keçirildi. Seminarda fakültənin professor-müəllim heyəti ilə yanaşı ADPU-nun Elmi təşkilati şöbəsinin baş mütəxəsisi Almarə Abbasova da iştirak edirdi.
Seminarı giriş sözü ilə açan fakültənin dekanı dosent Araz Fərəcov fakültədə elmi potensialın yüksək olduğunu, müəllimlərin reytinqli elmi jurnallarda məqalələrinin çap olundğunu, beynəlxalq konfranslarda mütəmadi iştirak etdiklərini qeyd etdi.
Sonra Riyazi analiz kafedrasının müdiri prof. Bəhram Əliyev “Kompleks parametrli ikinci tərtib elliptik tip diferensial-operator tənlik üçün sərhəd şərtinə operator daxil olan bir sərhəd məsələsinin həll olunması” mövzusunda məruzə etdi. Mövzu ətrafında elmi müzakirələr oldu. Müəllimləri maraqlandıran suallara natiq ətraflı cavablar verdi.
Sonda fakültə dekanı dos. A.Fərəcov yekun sözü söylədi və fakültə elmi seminarının gələcək planları haqqında məlumat verdi.