Previous Next

ADPU-da Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) təşkilatçılığı ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə tələbələrin görüşü keçirilib.
Görüş zamanı AGMA-nın gənc müəllimlər üçün yaratdığı geniş fəaliyyət istiqamətləri barədə məlumat verilmişdir. Çıxış edən AGMA-nın sədri Rüfət Əsədzadə tələbələrə “Tələbə, məzun yox, təcrübəli məzun” mövzusunda təlim keçib.
Görüşdə “gencmuellim.az” platformasının əhəmiyyəti barədə ətraflı məlumat verilmiş və bildirilmişdir ki, platforma müəllimlərə davamlı öyrənmə imkanları yaradır. Hazırda platformada 3500-dən çox aktiv müəllim və 18 müxtəlif kurs mövcuddur.
Tələbələrin xüsusi maraq göstərdiyi görüşün sonunda onları maraqlandıran suallar barədə müzakirə aparılmışdır.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin