Previous Next

Pedaqoji Universitetdə “Cığır” tarixi romanının təqdimatı keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasında "Şuşa ili" çərçivəsində Elmi seminar baş tutub. Seminarda yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimatı keçirilib.
Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri açan Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsində keçdiyimiz tarixi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən əsər haqqında məlumat verib.
N.Əhmədova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında seminar iştirakçılarına məlumat verildikdən sonra professor Xəqani Məmmədov, dosent Şubay Nuruzadə və dosent Zakir Kərimov "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər.
Sonra müəllif Yunus Oğuz tələbələrin suallarını cavablandırıb, iştirakçılara yazıçının "Cığır" romanı hədiyyə edilib.
Sonda "Sözün bitdiyi, həyatın başlandığı yer!" adlı sənədli film nümayiş etdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search