Previous Next

Şəki filialının komandası beynəlxalq festivalda qələbə qazanıb

5-9 dekabr tarixlərində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilib.
ADPU-nun Şəki filialının XAN komandası HAKATON nominasiyası üzrə yarışmada lll yerə çıxaraq bürünc medala yiyələnib. Komandanın rəhbəri filialın baş müəllimi Nuranə Cəbrayılova, üzvləri isə tələbələr Heyran Aslanova və Lalə Məmmədlidir.
Qeyd edək ki, STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə keçirilən SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.
SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistandan olan xarici iştirakçılar, 442-i isə yerli iştirakçılardır.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin