Previous Next

Quba filialında anım günü tədbiri: Tarixi yaradan şəxsiyyət

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında "Tarixi yaradan şəxsiyyət" adlı tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin (FRİTL) xarici dil müəllimləri, filialın professor-müəllim və tələbə kollektivi iştirak edib.
Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib. Çıxış edən filialın direktoru fizika üzrə elmlər doktoru Yusif Alıyev qeyd edib ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.
Direktor deyib: “Bu şəxsiyyətlər arasında Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. On doqquz il əvvəl – 2003-cü il dekabrın 12-də müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyev əbədiyyətə qovuşdu. Ulu Öndərin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində bu gün biz müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq və hər birimiz çalışmalıyıq ki, buna layiq bir davranış sərgiləyək.”
Filialın Ədəbiyyat və dillər kafedrasının ingilis dili müəllimi f.ü.f.d. Elmira Əliyevanın və xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbələrinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə ingilis dilində Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən videoçarxlar, təqdimatlar, çıxışlar, şeirlər səsləndirilib, Ulu Öndərə həsr edilən musiqilər ifa edilib, Ölkə Prezidenti İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsini, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın 30 illik həsrətə son qoyaraq tarixi zəfər əldə etməsini əks etdirən videolar sərgilənib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search