Previous Next

Riyaziyyat fakültəsinin Elmi Şurasına yeni seçkilər keçirilib

Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsinin Elmi Şurasına yeni seçkilər keçirilib.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanovun sədrliyi, fakültənin müəllimi Xuraman Əliyevanın katibliyi ilə keçirilən seçki iclasında fakültənin 68 nəfər elmi-pedaqoji kollektivi iştirak edib.
Sədr prof. Asəf Zamanov bildirib ki, universtet rektorunun rektorunun 2 dekabr 2022-ci il tarixli əmrinə əsasən, gizli səsvermə ilə fakültənin Elmi Şurasının yeni üzvlərinin seçkisi aparılır. Prorektor qeyd edib ki, Elmi Şura üzvlərinin bir qismi vəzifələrinə görə birbaşa üzv hesab olunur, elmi-pedaqoji heyətin 5-15 faizini təşkil edən digər hissəsi isə fakültənin 4 kafedrasının irəli sürdüyü namizədlər arasından gizli səsvermə yolu ilə müəyyənləşdirilir.
Əvvəlcə, gizli səsverməni təşkil etmək və nəticələri hesablamaq üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri baş müəllim Musa Rzayev, üzvləri isə dosent Sevinc Cəbrayılzadə və baş müəllim Zümrüd Pənahova seçilib.
Daha sonra gizli səsvermə keçirilib. Nəticədə prorektor prof. Asəf Zamanov, dekan dos. Araz Fərəcov, dekan müavinləri dos. Elşad Həmidov, b/m. Tünzalə Hüseynova, kafedra müdirləri prof. Bəhram Əliyev, dos. Allahverdi Cəfərov, dos. Səadət Mazanova, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri dosent əvəzi Mətanət Musayeva, Tələbə Gənclər Təşkilatının sədri Aişə Cunayeva və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Sevinc Ağayeva vəzifələrinə görə, prof. Məlikməmməd Cəbrayılov, prof. Rəhim Rzayev, prof. Vəli Qurbanov, prof. Əbülfət Pələngov, dos. Arzu Quliyev, dos. Zahirəli Sadıxov, dos. Novruz Nəsirov, dos. Vaqif Məstəliyev və müəllim Sərmayə Həziyeva isə gizli səsvermənin nəticələrinə əsasən, fakültə Elmi Şurasının üzvləri seçiliblər.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin