Previous Next

ADPU nümayəndə heyəti ECAR layihəsi ilə bağlı Belçikaya səfər edib

12-17 dekabr tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində Bakı Biznes Universitetinin (BBU) koordinatorluğu və Avropa Komissiyasının (AK) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması (ECAR)” adlı Erasmus+ layihəsinin növbəti görüşü keçirilib. Tədbirin məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir.
İlk görüş European Foundation for Management Development Global (EFMD Global) qurumunda təşkil olunmuşdur. Görüşdə EFMD Global və digər Avropa partnyorları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşməsi, beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi, beynəlxalq layihələr, Alman Akademik Mübadilə Xidməti kimi olduqca mühüm mövzularda seminar və təqdimatlar keçirilmişdir. Həmçinin, tədbir iştirakçılarının AK-nın Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyi ilə Erasmus+ layihələri üzrə işgüzar görüşü keçirilmişdir. Görüşün davamında layihə məsləhətçisi Lucia Giannini ali təhsildə potensialın gücləndirilməsi, AK-nın siyasət üzrə mütəxəssisi Kinga Bereza-Husak isə Erasmus+ layihələrinin Azərbaycan üçün əhəmiyyəti, nəzərdə tutulan fəaliyyətlər haqqında iştirakçıları məlumatlandırdı.
Layihə çərçivəsində Azərbaycan Milli Erasmus Ofisinin dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti Belçikaya səfər etmişdir. ADPU-nu səfərdə tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, ümumi işlər üzrə prorektor Tural Cəlilov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova təmsil ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search