Previous Next

ADPU-nun 28 tələbəsi istedadlı tələbələrin təhsil haqqının ödənilməsi üzrə müsabiqənin qalibi olub

Azərbaycan Respublikası Gənclər Fondu (AZGF) tərəfindən elan olunan sosial həssas ailələrdən olan istedadlı tələbələrin təhsil haqqının ödənilməsi üzrə növbəti müsabiqənin nəticələri elan olunub. Gənclərin 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması məqsədi daşıyan müsabiqənin nəticələrinə əsasən, 431 tələbənin təhsil xərcinin Gənclər Fondu tərəfindən qarşılanmasına qərar verilmişdir. Bununla da, son 4 ildə müsabiqə çərçivəsində təhsil xərcləri qarşılanmış tələbələrin sayı 1621 nəfərə çatmışdır. Seçimlər zamanı müraciətçinin sosial həssas kateqoriyaya aid olmasını təsdiq edən sənədlərlə yanaşı, təhsil göstəriciləri və ictimai fəallığı da əsas götürülmüşdür. Qaliblər sırasında yüksək təhsil göstəriciləri olan Vətən Müharibəsi qaziləri, veteran övladları, valideynlərini itirmiş və valideynləri əlil olan gənclər də yer almışlar.
Müsabiqədə qalib gələn sosial həssas ailələrdən olan istedadlı gənclər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin 28 tələbəsi də yer alır. Onların arasında Universitetin Quba filialının 4 tələbəsi, Cəlilabad və Şəki filiallarının 3 tələbəsi, Şamaxı və Ağcabədi filiallarının 1 tələbəsi, habelə 1 magistrant da var.
Müsabiqə qalibləri ilə Bakı Konqres Mərkəzində keçirilən görüşdə Elm və Təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Sədrinin müavini Adil Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müsabiqə qalibləri və onların valideynləri iştirak edib. Tədbirdə qeyd olunub ki, ölkəmizdə bütün istiqamətlərdə aparılan islahatlara savadlı kadrların fəal şəkildə cəlb edilməsi və eləcə də gənclərin yeni cağırışlara cavab verən ölkə siyasətinə yaxından qoşulması olduqca vacibdir. Vurğulanıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində gənclərin savadlı yetişməsi, təhsilin əlçatanlığının artırılması əsas prioritetlərdəndir və dövlət başçısının təşəbbüsü ilə bu istiqamətdə çoxsaylı proqramlar həyata keçirilir

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin