Previous Next

Tarix və coğrafiya fakültəsində eksperimental qrupun Şuşa ilə bağlı təqdimatı

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində Tarix müəllimliyi ixtisası üzrə eksperimental qrupunun təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan!” mövzusunda təqdimat keçirildi. Tədbirdə Universitetin STEAM mərkəzinin rəhbəri, Fizika fakültəsinin dekanı dos. Arzu Daşdəmirov, Tarix və coğrafiya fakültəsinin dekanı dos. Asif Axundov və dekan müavini b/m. Səmayə Həsənova iştirak edib.
Təqdimatın əvvəlində dos. A.Daşdəmirov STEAM fənninin Azərbaycan təhsilindəki vacibliyini vurğulamış, Tarix və coğrafiya fakültəsi ilə əməkdaşlığın tələbələrin STEAM bacarıqlarının formalaşdırılması üçün əhəmiyyətini qeyd etmişdir. Təqdimatın gedişində I və II Qarabağ müharibələri haqqında məlumat verilmiş, tələbələr tərəfindən hazırlanmış xəritə-lahiyə tədqim olunmuşdur.
Sonda fakültə dekanı dos. A.Axundov eksperimental qrupun yaradılması, tələbələrin semestr ərzindəki fəaliyyətlərindən bəhs etmiş, layihə təqdimatını müsbət qiymətləndirmiş, tələbələrə müvəffəqiyyətlər arzulamışdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search