Previous Next

Şamaxı filialında yanğından mühafizə mövzusunda maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi yanğına qarşı maarifləndirmə tədbiri keçirib.
Filialın direktoru dosent Tünzalə Yusifova mövsümlə əlaqədar olaraq tədbirin aktual mövzuya həsr olunduğunu qeyd edib.
Filialın müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə spiker qismində İdarənin baş inspektoru, daxili xidmət kapitanı Elvin İbrahimli geniş məruzə ilə çıxış edərək iştirakçılara yanğın təhlükəsizliyinə dair qaydalar, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları haqqında, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və “112” qaynar xətti barədə məlumat verilib.
Tədbirdə, həmçinin ərazilərin daim təmiz vəziyyətdə saxlanılmasının, təhsil müəssisələrinə məxsus obyektlərin normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırıldı. Qeyd olundu ki, ailələrindən uzaqda, kirayə evlərdə yaşayan tələbələrin bu mövzuda daha məsuliyyətli olması vacib məsələdir.
Sonda suallar cavablandırıldı, müvafiq müzakirələr aparıld

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search