Previous Next

ADPU-nun Şəki filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir

Dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir həyata keçirilib. Tədbirdə filialın rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keşmiş şəhidlərin xatirəsi sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən filialın direktoru r.e.d., dos. Rafiq Rasulov qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Direktor bildirib ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Qeyd olunub ki, bu tarix Azərbaycan millətinin birliyini nümayiş etdirən simvolik gündür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımızla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm əhəmiyyətə malikdir. Natiq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətəndən uzaqda olsalar belə, milli həmrəylik nümayiş etdirmələrindən və 44 günlük Vətən müharibəsində qazanılan qələbədə milli birliyimizin rolundan danışıb.
Tədbirdə filialda tələbələr arasında keçirilən fənn olimpiadalarının qalibi olmuş tələbələrə I, II, III dərəcəli diplomlar təqdim edilib.
Tədbir bədii proqramla davam edib. Əvvəlcə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib. Sonra tələbələrin ifasında şeirlər və mahnılar səsləndirilib. Tədbirdə tələbələrin hazırladıdığı fləş-mob və səhnəcik iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search