Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universiteti Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsini elan edir

Müsabiqə 2022-ci təqvim ili ərzində fəal, səmərəli elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş elmi məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər elmi əsərləri olan, eyni zamanda ADPU-nun və filiallarının ictimai-siyasi həyatında elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədi ilə keçirilir.
Müsabiqədə qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi və tədqiqatçısı” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:
Dəqiq və təbiət elmləri üzrə Humanitar və ictimai elmlər üzrə
I yer – 350 manat I yer – 350 manat
II yer – 250 manat II yer – 250 manat
III yer – 150 manat III yer – 150 manat
Müsabiqəyə təqdim olunan sənədlər ADPU Elmi şurasının nəzdindəki Elm komissiyası tərəfindən aşağıda göstərilən meyarlar üzrə qiymətləndiriləcək:
• Çap olunmuş elmi əsərlərin siyahısı (elmi məqalə, monoqrafiya, dərslik, dərs vəsaiti və s.);
• Dissertasiya işinin müdafiə vaxtı;
• Respublika elmi konfranslarında iştirakı;
• Beynəlxalq elmi konfranslarda iştirakı;
• Nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələr;
• Doktorantura və ya dissertanturanı bitirmə vaxtı;
• Dissertasiya işini təqdim etmə vaxtı;
• ADPU-nun ictimai həyatında fəallığı və elmi-təşkilati fəaliyyəti;
• Digər uğurlar.
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər 25 yanvar 2023-ci il tarixə qədər ADPU-nun Əsas binasında 221-ci otaqda Elmi-təşkilati şöbənin baş mütəxəssisi Vəfa Əhmədovaya təqdim edilməlidir.

Müsabiqədə ADPU və onun filiallarında fəaliyyət göstərən 40 yaşına qədər şəxslər iştirak edə bilərlər.
Əlavə məlumat üçün telefon: 493-05-85
ADPU-nun Elm və innovasiyalar üzrə prorektorluğu

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search