Previous Next

Pedaqoji Universitetin fakültələrində Xocalı soyqırımı anılıb

Fevralın 26-da bəşər tarixinin ən misilsiz faciələrindən biri olan, mənfur erməni quldurlar tərəfindən Xocalıda törədilən amansız soyqırımından 31 il ötür. Tarix boyu qanlı və şanlı səhifələr yaşayan Azərbaycan xalqı öz qan yaddaşını unutmur, şəhidlərinin xatirəsini daim əziz tutur, eyni zamanda Azərbaycan dövləti tərəfindən xalqımıza qarşı törədilən bəşəri cinayətlərin dünya birliyinə çatdırılması istiqamətində ardıcıl iş aparılır. Qüdrətli Azərbaycan dövləti 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı azad elədi, şəhidlərimizin qisasını döyüş meydanında aldı.
Bu günlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də silsilə tədbirlərlə qeyd olunur. Bu tədbirlər çərçivəsində fevralın 24-də Universitetin fakültələrində ilk dərslər Xocalı faciəsinə həsr olunub. Məktəbəqədər təhsil fakültəsinin tələbələri dərslərə başlamamışdan öncə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra fakültənin foyesində Xocalı soyqırımına həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərgi keçirilib. Fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr sərgiyə baxış keçirib. Fakültənin dekanı dosent Nailə Hüseynova qeyd edib ki, gənclərimizin xalqımızın qan yaddaşına həssas münasibəti, vətənpər ruhlu böyümələri olduqca əhəmiyyətlidir.
Universitetin Fizika fakültəsində də Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, fakültə dekanları, şəhid ailələrinin üzvləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, çıxış edənlər əsrin faciəsi ilə bağlı təəssüratlarını bölüşərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunduğunu, şəhidlərimizin qisasının alındığını vurğulayıblar.
Tələbələrin hazırladıqları kompazisiyalarda faciənin dəhşətləri əks olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search