Fevralın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində Elmi-Tədqiqat Mərkəzinin “ADPU-da mentor hazırlığı müasir təlim texnologiyalarının tətbiqində mühüm amil kimi: elmi-metodoloji əsasları və həyata keçirilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilmişdir. Dəyirmi masada ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin müdiri dos. Ərəstun Mehdiyev, Tətbiqi tədqiqatlar bölməsinin müdiri dos. Gülşən Novruzova, İbtidai təhsil fakültəsinin dekanı prof. Qızxanım Qəhrəmanova, dekan müavini b/m. Nərgiz Əhmədova, İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri prof. Fərrux Rüstəmov, Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müdiri dos. Samirə Tağıyeva və fakültənin əməkdaşı Elnur Əsgərli iştirak etmişlər.
Dəyirmi masada mentor hazırlığına əsaslanaraq, tədqiqata dair təlimin təşkili, universitetin professor-müəllim heyətinin praktik bacarıqlarının təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübənin (Türkiyə timsalında) tətbiq edilməsi məsələləri müzakirə olundu və layihə çərçivəsində fakültədə mövcud vəziyyətin öyrənilərək fəaliyyət planı üzrə qarşıda duran vəzifələrin icrası haqqında məlumat verilmişdir.
Sonda layihənin icrasının əhəmiyyəti vurğulanaraq, ETM və İbtidai təhsil fakültəsinin birgə fəaliyyətinə uğurlar arzulanmışdır..