Previous Next

ADPU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
Ziyalıların, elm xadimlərinin və gənclərin iştirak etdiyi konfransda çıxış edən Nərimanov RİH-in başçısı Elgin Həbibullayev Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda azərbaycançılıq ideologiyasının formalaşmasındakı misilsiz xidmətlərindən danışıb. İcra başçısı Ümummilli Lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş strategiyanın hazırda uğurla davam etdirildiyini, ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək, regionda vacib aktorlardan birinə çevrildiyini bildirib.
Tədbirdə ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov, ADPU-nun dosenti Allahverdi Hacıyev və digərləri çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutmasından, ölkəmiz və xalqımız qarşısındakı müstəsna xidmətlərindən bəhs ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search