Previous Next

Şagirdlər “Bir günlük tələbə olaq” layihəsi çərçivəsində ADPU-ya eksursiya ediblər

Mil-Muğan Regional Təhsil İdarəsinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə (ADPU) əməkdaşlığı çərçivəsində universitetin Tədris Departamentinin Məzun, Kooordinasiya və Karyera şöbəsinin dəstəyi ilə martın 29-da Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil sektorları üzrə X sinifdə təhsil alan, 2021-2022-ci tədris ili üzrə IX sinif buraxılış imtahanında yüksək nəticə göstərmiş, ADPU-nun müəllimlik ixtisası üzrə tələbəsi olmaq arzusunda olan şagirdlərin “Bir günlük tələbə olaq” layihəsi çərçivəsində ADPU-ya ekursiyası təşkil olunub.
Ekskursiyanın məqsədi bir günlük tələbə həyatı yaşamaqla şagirdlərdə Pedaqoji Universitet haqqında ümumi təsəvvür formalaşdırmaq, tədris prosesi ilə yaxından tanışılıq, universitetin maddi-texniki bazası və infrastrukturu ilə əyani tanış olmaq, şagirdlər arasında universitetin təbliği və gələcəkdə məzunların Pedaqoji Universitetin tələbəsi olmaq istəklərini daha da artırmaq, həmçinin digər məktəblilərə də stimul verməkdir.
Ekskursiya çərçivəsində şagirdlərə ADPU-nun Məzun Kooordinasiya və Kariyera şöbəsinin müdiri Könül Əsgərova, tədris işləri üzrə prorektor Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov, Tədris Departamentinin direktoru Sənan Əliyev, Riyaziyyat fakültəsinin dekanı Araz Fərəcov, dekan müavini Tünzalə Hüseynova, Filologiya fakültəsinin dekan müavinləri Pəri Paşayeva, Könül Həsənova, Zemfira Abbasova və kafedra müdiri İradə Kərimova ilə görüş zamanı Universitetdə tədrisin təşkili, fakültələr və ixtisaslar haqqında ətraflı məlumat verilmişdir.
Daha sonra şagirdlər Filologiya fakültəsində tədris prosesində iştirak etmişdir. Kitabxana-İnformasiya Mərkəzində kitabxana fondu, kitabxananın texniki imkanları barədə məlumat əldə edən şagirdlər sonda universitetin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Qurtuluş” tamaşasını izləyiblər.
Eksursiya şagirdlərin böyük marağına səbəb olub.
Layihə çərçivəsində ekskursiyalar davam edəcəkdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search