Previous Next

Pedaqoji Kollecin tələbələri Respublika ifa müsabiqəsinin qalibi oldu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı Respublika ifa müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri də fəal iştirak edərək, qalib olublar. Belə ki, rəqs müsabiqəsində kollecin rəqs dərnəyinin üzvləri, şeir müsabiqəsində isə kollecin tələbəsi Aytac Süleymanova I yer tutublar. Kollecin digər tələbəsi Zəhra Kərimli isə mahnı müsabiqəsində III yer qazanıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search