Previous Next

Sosial iş ixtisasının qruplarında “Heydər Əliyev dərsləri” keçirilib

Aprelin 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin “sosial iş” ixtisası üzrə təhsil alan iki qrupunun (SOİ2201, SOİ2202) tələbələri universitetin Heydər Əliyev Mərkəzində olmuş, burada ənənəvi olaraq keçirilən “Heydər Əliyev dərsləri”ndə iştirak etmişlər.
Tələbələr mərkəzdə nümayiş olunan foto, kitab, suvenir, arxiv sənədlərinin surətləri və digər materiallarla tanış olmuş, onlara Ulu Öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Dərsin iştirakçıları “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda mühazirəni dinləmiş, görkəmli siyasi və dövlət xadimlərinin Ümummilli Lider haqqında söylədiyi fikirlərlə tanış olmuş, Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa etmişlər.
Dərslər sual-cavab və müzakirələrlə davam etmişdir.
Növbəti həftədə Tarix və coğrafiya fakültəsinin I kurslarında “Heydər Əliyev dərsləri”nin başa çatması, universitetin digər fakültələrində analoji tədbirlərə start verilməsi planlaşdırılır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search