Previous Next

ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin tələbələri “Heydər Əliyev dərsləri”ndə iştirak ediblər

Məlumat verildiyi kimi, aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin I kursunun bütün qruplarında “Heydər Əliyev dərsləri” başa çatıb. Dərslərdə adıçəkilən fakültənin 14 qrupunun 350-dən çox tələbəsi iştirak edib.

   Aprelin 14-də isə universitetin Məktəbəqədər təhsil fakültəsində “Heydər Əliyev dərsləri”nə start verilib. Fakültənin iki qrupu (MQT2202B, KRT2205BR) ADPU-nun II tədris korpusunda yerləşən Heydər Əliyev Mərkəzini ziyarət edib. Dərslər tələbələrin mərkəzdəki eksponatlarla tanışlığı, Ulu Öndərin həyatı və zəngin fəaliyyətinin əks olunduğu sənədli filmin nümayişi ilə başlayıb. Daha sonra dünyanın inkişaf etmiş dövlətlərinin rəhbərlərinin , görkəmli politoloqların Ümummilli Liderlə bağlı söylədiyi fikirlər slaydlar şəklində təqdim olunub. Bunlarla yanaşı, tələbələr “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda mühazirəni dinləyiblər.

    Sonda dərs boyunca verilmiş məlumat və materiallara müvafiq olaraq tələbələrə suallar ünvanlanıb, fikir mübadiləsi və diskussiya aparılıb.

     Qarşıdakı 3 həftə ərzində “Heydər Əliyev dərsləri”nin Məktəbəqədər təhsil fakültəsinin digər qruplarında  keçirilməsi nəzərdə tutulur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search