Previous Next

“Heydər Əliyev və Azərbaycan elminin inkişafı” mövzusunda dəyirmi masa keçirilib

Aprelin 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan elminin inkişafı” mövzusunda dəyirmi masa keçirildi. Toplantıda kafedranın müəllimləri və tələbələr iştirak etdi.
Giriş sözü ilə çıxış edən filialın direktoru dosent Mobil Məcidov Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan danışdı.
Kafedranın müəllimlərindən dos. Mətanət Fərzəliyeva, b/m. Fəridə Mikayılova, b/m. Səfurə Mahmudzadə, b/m. Leyla Rzayeva, b/m. Sevinc Məhərrəmova, tələbələrdən Elnarə Məmmdəova, Sevinc Allahyarova və Aytəkin Quluyeva çıxış etdilər.
Tədbirin sonunda Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search