Previous Next

ADPU-da beynəlxalq seminar: Təhsildə ənənəvi anlayışlara yeni baxış

 

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və ADPU-nun təşkilatçılığı ilə "Təhsildə ənənəvi anlayışlara yeni baxış" mövzusunda beynəlxalq seminar keçirilib.
Beynəlxalq seminarda təhsil və elmi ictimaiyyətin nümayəndələri, millət vəkilləri, məktəb direktorları, ali və orta məktəb müəllimləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov seminar iştirakçılarını və qonağı salamlayıb, tədbirin əhəmiyyətindən söz açaraq, XXI əsrin yeni çağırışlar əsri olduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, xüsusən pedaqoi təhsildə günümüzün süni intellekt çağında daimi tədqiqatların aparılması və müasir yanaşmaların tətbiqi olduqca zəruridir.
Seminarda Türkiyə Respublikasının Baxçaşəhər Universitetinin Təhsil elmləri fakültəsinin dekanı, tanınmış türk professor Həsən Şimşək ustad dərsi ilə çıxış edib. Təqdimatda professor H.Şimşək 35 illik təhsil təcrübəsinə əsasən, şagird, müəllim, idarəetmə və idarəedici-lider, tədris proqramı, valideyn, nazirliklər, universitetlər başlıqları altında müxtəlif ölkə və regionların təhsil sisteminin quruluşunu müqayisəli təhlil edərək, hər bir sistemin üstün və problemli tərəflərini analiz edib, daha yaxşı təhsil üçün şəxsi araşdırmalarının nəticələrinə əsaslanan tezislərini diqqətə çatdırıb.
T-Network platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə davam edən seminar sual-cavab hissəsi ilə yekunlaşıb.
Qeyd edək ki, beynəlxalq seminar əsnasında prof. H.Şimşək ADPU-nun rektoru ilə görüşüb, Pedaqoji Universitetdə təhsil və təlim üçün yaradılan şəraitlə yaxından tanış olub, universitetin qonaq kitabına ürək sözlərini yazıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search