Previous Next

Şamaxıda “Kosmos teleskopların gözü ilə” adlı elmi-praktiki konfrans

Aprelin 14-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə rəsədxanada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Kosmos teleskopların gözü ilə” adlı elmi-praktiki konfrans keçirilib.
Tədbiri giriş sözü ilə ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov açaraq iştirakçıları salamlayıb, ümummilli liderin daima elmə və elmi ictimaiyyətə göstərdiyi diqqət və qayğıdan danışıb. O qeyd edib ki, bu gün Azərbaycanda dünya elminin tələblərinə cavab verən multidissiplinar tədqiqatların aparılması, məhz Heydər Əliyevin elm və təhsil sahəsində apardığı uğurlu islahatların nəticəsidir.
Sonra Azərbaycan Pedoqoji Universitetinin Şamaxı filialının direktou filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova çıxış edərək, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövrü ölkəmizdə elm və təhsilin tərəqqisi dövrüdür. Hal-hazırda isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tərəqqi öz pik həddinə çatıb. O, dövlər tərəfindən elm və təhsilə verilən yüksək dəstəyin fonunda gənclərin elmə yönəlməsi, kosmik eranın tələblərinə uyğun olaraq ixtisaslı kadr kimi yetişməsinin vacibliyini diqqətə çatdırıb.
Açılış mərasimindən sonra tədbir öz işini elmi çıxışlarla davam etdirib.
İlk öncə professor Nəriman İsmayılov "Müasir Astrofizikanın tədqiqat istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib. Alim gənclərə kosmik tədqiqatların hazırkı dövrədək keçdiyi inkişaf mərhələlərindən və perspektiv kosmik araşdırmaların mahiyyətindən danışıb. Nəriman İsmayılov, tədbir iştirakçılarının marağına səbəb olan məruzə əsnasında, həmçinin ŞAR-da aparılan bir sıra kosmik tədqiqatlar, o cümlədən rəsədxananın qoşulduğu beynəlxalq layihələr haqqında da tələbələrə məlumat verib.
Növbəti çıxışçı - ŞAR-ın "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri" şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov "Fəal nüvəli qalaktikaların tədqiqi" adlı məruzə ilə çıxış edib. Əvvəlcə fəal nüvəli qalaktikalar haqqında ümumi məlumat verən alim, çıxışının ikinci hissəsində konkret tədqiqat obyektləri üzərində aparılan elmi araşdırmalar və əldə olunan nəticələr haqqında danışıb.
Daha sonra ADPU Şamaxı filialının tələbələri Nigar Sadıqova, Şəlalə Mahmudova və Elsun Tahirov müvafiq olaraq, "Marağa rəsədxanası və orada istifadə olunan astronomik alətlər", "Kvazarların tədqiqi" və "Qalaktikaların morfoloji quruluşu" mövzusunda çıxış ediblər.
Konfransın elmi sesiyasından sonra ŞAR-ın infrastrukturu ilə tanışlıq üçün tədbir iştirakçılarına ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində qonaqlar rəsədxananın iki metrlik teleskopuna aparılıb. Onlara rəsədxananın iki metrlik teleskopu və burada yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search